Qızıl medal üçün çox çalışdım - İkinci yeri tutan atıcımız

16:13 01.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qızıl medal üçün çox çalışdım. Yalnız iki atış məni fəxri kürsünün ən yüksək pilləsindən məhrum etdi.

Hafta.az xəbər verir ki, bu sözləri III MDB Oyunlarında oğlanların yarışında gümüş medal qazanan stend atıcılığı üzrə Azərbaycan millisinin üzvü Mürtəza Novruzlu deyib.

O, finalda güclü rəqiblərlə mübarizə apardığını söyləyib:

“Mən də çox çalışdım. Amma alınmadı. Təbii ki, hədəf qızıl mükafat idi. Lakin bu nəticə də bizi qane edir”.

İdmançı Vətəndə yarışmağın gözəl hiss olduğunu söyləyib:

“Qəbələ Atıcılıq Klubunda idmançılar üçün yüksək səviyyədə şərait yaradılıb. Müasir standartlara cavab verən idman obyektidir. Burada yarışmaq çox xoşdur”.

Qeyd edək ki, Azərbaycan millisi Oyunları 5-i gümüş, 4-ü bürünc olmaqla ümumilikdə 9 medalla başa vurub.